COP29-un rəqəmsal məlumat platforması istifadəyə verildi - FOTO

11-22 noyabrda Bakıda keçiriləcək COP29 konfransının rəsmi rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib. Təkmilləşdirilmiş versiyada olan vebsayt COP29 konfransı ilə bağlı maraqlı tərəflərin əhatəli məlumatla təmin olunmasına xidmət edir.

Bizim.Media xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Konfrans iştirakçıları, yerli və beynəlxalq media, ictimaiyyət üçün iqlim konfransına dair ən aktual məlumatları operativ şəkildə təqdim edən yeni vebsayt inklüzivlik və müyəssərlik tələbləri nəzərə alınaraq hazırlanmışdır.

Vebsayt görmə məhdudiyyətli şəxslər üçün xüsusi uyğunlaşdırılmış interfeysi təmin edərək, hər kəsin rahat və sərbəst istifadəsinə imkan yaradır.

Yenilənmiş resurs qlobal iqlim konfransının mediada geniş işıqlandırılması üçün mətbuat nümayəndələrinə ən son məlumatlara çıxış imkanı verir. Rəqəmsal məlumat platformasında COP29-la əlaqədar informasiyaların operativ şəkildə yenilənməsi medianın dəqiq və vaxtında məlumat almasına imkan verir.

COP29 rəsmi vebsaytının digər mühüm yeniliklərindən biri media nümayəndələrinin COP29-la əlaqədar tədbirlərdən çəkilmiş yüksək keyfiyyətli foto və videoları əldə edə biləcəyi eksklüziv multimedia qalereyasıdır.

Bu resurs, jurnalistlərə COP29-un əhəmiyyətini geniş auditoriyaya daha təsirli şəkildə çatdırmaq üçün peşəkar vizual materiallardan istifadə etməyə fürsət yaradır.
 

İstifadəçilərin məlumatlara çıxışını təmin edən tez-tez verilən suallar (FAQ) bölməsində isə konfransda iştiraka dair hər kəsi maraqlandıran aktual suallar və cavablar əhatə olunub və bu bölmə mütəmadi olaraq yenilənir. Bundan əlavə, yeni vebsaytda istifadəçilər üçün real vaxtda sualların cavablandırılması üçün “Chatbox” xidməti də istifadəyə verilib. Bu xidmət istifadəçilərin konfransın təşkilati və texniki detalları barədə informasiya əldə etməsini asanlaşdırır.


COP29 rəqəmsal məlumat platformasında iştirakçılar üçün konfransın Mavi və Yaşıl Zonalarında yerləşəcək pavilyonlarla bağlı məlumatlar, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlər haqqında geniş məlumatlar da yer alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

End of content

No more pages to load

RADİO