Ankarada TDT çərçivəsində əmək və məşğulluq üzrə işçi qrupunun yaradılması müzakirə edildi - FOTO

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ankarada Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri, fəal siyasi dialoq nəticəsində ikitərəfli əməkdaşlığın daim möhkəmləndiyi, ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsində olduğu vurğulanıb.
 

Regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilən əlaqələrin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etdiyi bildirilib. Bu sahələrdə ötən dövrdə 8 əməkdaşlıq sənədinin imzalandığı, pensiya təminatı üzrə də yeni əməkdaşlıq sənədi layihəsinə baxıldığı qeyd edilib.


S.Babayev və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev arasında keçirilən görüşdə nazir 15 il əvvəl yaradılan TDT-nin üzv ölkələr arasında qısa müddətdə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm uğurlar əldə etdiyini bildirib. O, təşkilata üzv ölkələrin əmək və sosial müdafiə qurumları arasında əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

TDT çərçivəsində ailə və sosial siyasət məsələləri üzrə əməkdaşlıq platformasının mövcud olduğunu bildirən S.Babayev təşkilat çərçivəsində əmək və məşğulluq üzrə işçi qrupunun da yaradılması, əmək və məşğulluq məsələlərinə cavabdeh nazirlərin mütəmadi iclaslarının keçirilməsi təklifini diqqətə çatdırıb. K.Ömüralıyev təşkilata üzv dövlətlər arasında əmək və sosial müdafiə sahəsində də əlaqələrin genişlənməsinin qarşılıqlı faydalı olduğunu, bu istiqamətdə TDT-nin səylərini davam etdirəcəyini vurğulayıb.

S.Babayev, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu ilə görüşüb. Son dövrlərdə ikitərəfli təmasların dinamikasında ciddi artım olduğunu vurğulayan S.Babayev Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib. S.Gardiyanoğlu ikitərəfli əməkdaşlığın mütəmadi genişlənməsinin məmnunluq doğurduğunu və bu istiqamətdə səylərin qarşıdakı dövrdə də davam edəcəyini bildirib.

Görüşlər TDT-yə üzv dövlətlərin əmək və sosial müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə Ankarada “Türk dövlətlərində sosial müdafiə, əmək və sosial xidmətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində olub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

2026 kimlərə düşərli olacaq?

2026 kimlərə düşərli olacaq?

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

Bakıda binada YANĞIN: Zəhərlənən var

Bakıda binada YANĞIN: Zəhərlənən var

Qonşuda böyük xaos: İranda "livanlaşma" siqnalları

Qonşuda böyük xaos: İranda "livanlaşma" siqnalları

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

Ali təhsili olmayan rəqqasə necə REKTOR oldu?

“İcazə almaq bu qədərmi çətindir?” - Video

“İcazə almaq bu qədərmi çətindir?” - Video

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib - FOTO

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib - FOTO

Qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb

Qəza zamanı üzərinə məhəccər aşan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb

Azərbaycanın ixrac etdiyi bu məhsul 31 milyon dollara satılıb

Azərbaycanın ixrac etdiyi bu məhsul 31 milyon dollara satılıb

Əhaliyə pis xəbər: Bu ildən...

Əhaliyə pis xəbər: Bu ildən...

Meksika sahillərində güclü zəlzələ olub

Meksika sahillərində güclü zəlzələ olub

Bayramdan sonra işə adaptasiya olmağın yolları

Bayramdan sonra işə adaptasiya olmağın yolları

Bayramda yediklərimizi "əritməyin" sadə yolları

Bayramda yediklərimizi "əritməyin" sadə yolları

Almaniyada 0,7%, Azərbaycanda isə 108%...

Almaniyada 0,7%, Azərbaycanda isə 108%...

Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI

Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI

Azərbaycanda yapışqan istehsalı artıb

Azərbaycanda yapışqan istehsalı artıb

Şamaxı-Muğanlı yolunda köməksiz qalanlar xilas edilib

Şamaxı-Muğanlı yolunda köməksiz qalanlar xilas edilib

End of content

No more pages to load

RADİO