İlham Əliyevdən onkoloji xidmətlə bağlı MÜRACİƏT 

Prezident İlham Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi – Azərbaycan onkoloqlarını, müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri və konfransa videoformatda qatılan bütün iştirakçıları ürəkdən salamlayır, konfransın işinə və insanların sağlamlığının qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Dünyanı qlobal pandemiyanın son dərəcə çətin sınaq qarşısında qoyduğu hazırkı vaxtda olduqca aktual mövzuda belə nüfuzlu bir konfransın ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır, 80 illiyi qeyd olunan Azərbaycan onkoloji xidmətinin ötən dövr ərzində beynəlxalq miqyasda qazandığı etimadın göstəricisi hesab edirəm. Bu mötəbər konfransda dünyanın məşhur universitetlərini təmsil edən tanınmış alim və mütəxəssislərin iştirakı ilə tibb elminin son nailiyyətləri işığında aparılacaq geniş və ətraflı müzakirələr ölkələrin səhiyyə qurumları qarşısında duran mühüm məsələləri özündə birləşdirir.

Respublikamızda səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Təbabətin sürətlə inkişaf edən sahələri üzrə ən müasir üsullarla müayinə və müalicə üçün kifayət qədər geniş imkanlar yaradılması nəticəsində bu istiqamətdə bir sıra uğurlar əldə etmişik. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə faydalanmaqla problemlərin həllinə yönəlmiş birgə səylərimizin vacibliyini isə xüsusi qeyd etmək istərdim. Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik konfransınız azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Yaqub Kərimpur edam edildi - FOTO

Yaqub Kərimpur edam edildi - FOTO

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bloger masa üzərində rəqs etdi - FOTO

Bloger masa üzərində rəqs etdi - FOTO

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Londonda atışma: 4 yaralı var - VİDEO

Londonda atışma: 4 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO