Qərb Ermənistanı gördü, sanksiya yaddan ÇIXDI – Rusiya ilə 16 milyardlıq alverə də GÖZ YUMULUR...

Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini artıq Qərb mənbələri də etiraf edir.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Qərb üçün prioritet ölkə deyil” - Andrey Kortunov


"Euronews" saytında dərc olunan məqalədə göstərilir ki, Ukraynadakı müharibə hesabına qazanc əldə edən Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. Ermənistan Moskvanın sanksiyalardan yan keçməsində mühüm alətə çevrilib.

Qeyd olunur ki, Ermənistanın Moskva ilə iqtisadi münasibətləri, Rusiyaya qarşı Qərb sanksiyaları tətbiq edildikdən sonra xüsusilə çiçəklənib.

Rusiya iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, ötən il bu rəqəmin 7,4 milyard dollara çatdığını bəyan edib. Bu ilin birinci yarısında bu göstərici 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Hazırkı tempdə ticarət həcminin ilin sonuna 14-16 milyard dollara çatacağı təxmin edilir.

Məqalədə qeyd edilir ki, ticarət dövriyyəsinin ciddi şəkildə artması Ermənistanın Rusiyanın Qərb sanksiyalarından yan keçməsinə imkan yaradan yenidən ixrac mərkəzi statusundan istifadəsi kimi şərh oluna bilər.

Yenidən ixraca icazə verməklə Ermənistan Rusiyaya qadağan olunmuş mallara və texnologiyalara davamlı çıxış təmin edərək sanksiyaların təsirini yumşaltmağa kömək edir.

"2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə hasil ediləndən 30 dəfə çoxdur", - telekanal qeyd edib.

Görünən odur ki, İrəvanın iqtisadi sanksiyalardan yan keçməkdə Rusiyaya dəstək olduğunu Qərb də etiraf edir. Bunu mətbuat vasitəsilə ifşa da edirlər. Lakin buna rəğmən hələ də Qərb Ermənistana qarşı hansısa ciddi sanksiyalar tətbiq etməyib.

Görəsən, Qərb bu faktlar qarşısında da səsini çıxarmayacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Qərb yenə də Ermənistanın bu hərəkətinə göz yummaqda davam edəcək:
 

“Ermənistan artıq xeyli müddətdir ki, Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda kömək edir. Demək olar ki, Ermənistan bu rolda çıxış edən əsas ölkələrdən biridir. Lakin buna baxmayaraq, Qərb İrəvana münasibətdə “gözün üstə qaşın var” demir və bu siyasətini yenə də davam etdirəcək. Ermənistana qarşı Qərbin hər hansı bir cəzası olmayacaq. Çünki ondan vasitəçi kimi istifadə edirlər. ABŞ və Avropanın iri şirkətləri bu müstəvidə Ermənistandan yararlanır.


Hətta onlardan istifadə edənlərin sırasında Rusiya da var. Rusiya da Ermənistanın bu oyuna cəlb olunmasından istifadə edir. Yəni burada qarşılıqlı maraq var. Bu səbəbdən də də bütün olanlara rəğmən Qərbdəki Ermənistana dəstək verən lobbi qrupları ona dəstəyi davam etdirəcək. Qərb ölkələrində erməni lobbisi ciddi təsirə malikdir. Bu amil də prosesdə öz sözünü deyir. Ona görə də nə Amerika və Avropanın, nə də Rusiyanın Ermənistana hər hansı bir sanksiya tətbiq edəcəyi gözlənilir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəbi Mahmudov vəfat etdi – FOTO

Nəbi Mahmudov vəfat etdi – FOTO

Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO

Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO

Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatdı

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatdı

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Subasma, sel olacaq

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Subasma, sel olacaq

SON DƏQİQƏ! Pakistanda güclü ZƏLZƏLƏ baş verdi

SON DƏQİQƏ! Pakistanda güclü ZƏLZƏLƏ baş verdi

"Nissan" 600 mindən çox avtomobili geri çağırır - SƏBƏB

"Nissan" 600 mindən çox avtomobili geri çağırır - SƏBƏB

Bu gün Ümumdünya Balıqçılıq Günüdür

Bu gün Ümumdünya Balıqçılıq Günüdür

"Kitabı əzbər bilirdim, amma əllərim əsirdi" - 58 bal toplayan müəllim

"Kitabı əzbər bilirdim, amma əllərim əsirdi" - 58 bal toplayan müəllim

Bu gün Bakıda UFC turniri KEÇİRİLƏCƏK

Bu gün Bakıda UFC turniri KEÇİRİLƏCƏK

Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı

Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı

Həbsdə olan şəxsin bank hesabından ailəsi istifadə edə bilərmi? – HÜQUQİ İZAH

Həbsdə olan şəxsin bank hesabından ailəsi istifadə edə bilərmi? – HÜQUQİ İZAH

Yaxın saatlarda Abşeronda leysan yağa, dolu düşə bilər – XƏBƏRDARLIQ

Yaxın saatlarda Abşeronda leysan yağa, dolu düşə bilər – XƏBƏRDARLIQ

İllər sonra Bakıdadır — VİDEO

İllər sonra Bakıdadır — VİDEO

Kral Bukinqem sarayını TƏRK EDİR

Kral Bukinqem sarayını TƏRK EDİR

Azanı qadağan etməyə hazırlaşırlar

Azanı qadağan etməyə hazırlaşırlar

GÜNÜN HAVASI: Leysan, dolu...

GÜNÜN HAVASI: Leysan, dolu...

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

End of content

No more pages to load

RADİO