İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Regional Təcili Yardım Xidməti xəbər verib.
Mənbə qeyd edir ki, 92 nəfər Valensiyada, 2 nəfər Kastilya-La-Mança (Madridin cənubunda) və 1 nəfər Malaqada həyatını itirib.
Xatırladaq ki, oktyabrın 29-da cənub və şərq İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Kəskin hava şəraiti 31 oktyabra qədər davam edəcək.
Ölkədə çoxsaylı insan tələfatı ilə bağlı matəm elan edilib.
Bizim.Media