COP29 konfransı çərçivəsində TƏBİB gücləndirilmiş iş rejimində işləyəcək.
Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Nazirlər Kabinetinin qərarına əsasən COP29 ərəfəsində bəzi qurum və təşkilatların iş rejimində dəyişikliklər olacaq. Lakin TƏBİB-in tərkibindəki tibb müəssisələri və TƏBİB-in idarə etmə aparatı gücləndirilmiş rejimdə işləyəcək", - o bildirib.
Günay Şahmar, Bizim.Media