“Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında (COP29) iştirak edib-etməyəcəyi bəlli deyil”.
Bizim.Media xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı 11-24 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.
Bizim.Media