Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu YARADILDI

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu YARADILDI
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. 

Bu barədə Bizim.Media-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qeyd olunub ki, bu günlərdə Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb. 

Müraciətdə deyilir ki, Qərbi Azərbaycan İcması fəal beynəlxalq fəaliyyət həyata keçirərək beynəlxalq təşkilatlar çərçivəsindəki tədbirlərdə tərəf kimi iştirak edir və Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini davamlı olaraq qaldırır.

Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar belə, bu məsələni insan hüquqları müstəvisində tutarlı arqument kimi qəbul etməli olurlar. 

Məktubda Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür.

Bildirilir ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək. 
 

Bütün bunları nəzərə alaraq, spiker Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. 


Sərəncamda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun vəzifə və səlahiyyətləri öz əksini tapıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Ər-Riyadda ardıcıl partlayışlar oldu

Ər-Riyadda ardıcıl partlayışlar oldu

İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı - VİDEO

İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı - VİDEO

Salyanda evə ildırım düşdü - FOTO/VİDEO

Salyanda evə ildırım düşdü - FOTO/VİDEO

Bakıda çoxdan gözlənilən premyera baş tutdu - FOTO

Bakıda çoxdan gözlənilən premyera baş tutdu - FOTO

Bolqarıstanda prezident seçkiləri keçirilir

Bolqarıstanda prezident seçkiləri keçirilir

Trampdan İDDİA: Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək?

Trampdan İDDİA: Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək?

Xəzər dayazlaşdı - Dağıstanın ərazisi genişləndi

Xəzər dayazlaşdı - Dağıstanın ərazisi genişləndi

Xırdalanda avtomobil aşdı, sürücü xəsarət aldı- VİDEO

Xırdalanda avtomobil aşdı, sürücü xəsarət aldı- VİDEO

"Sabah" bu gün "Qarabağ"ı sınağa çəkəcək

"Sabah" bu gün "Qarabağ"ı sınağa çəkəcək

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

ABŞ-da atışma: 12 yaralı var

ABŞ-da atışma: 12 yaralı var

Messinin komandası məğlub oldu - VİDEO

Messinin komandası məğlub oldu - VİDEO

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olundu

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olundu

Fransada aksiyalarda minə yaxın şəxs saxlanıldı - VİDEO

Fransada aksiyalarda minə yaxın şəxs saxlanıldı - VİDEO

Husilərdən Ər-Riyad aeroportu ilə bağlı XƏBƏRDARLIQ

Husilərdən Ər-Riyad aeroportu ilə bağlı XƏBƏRDARLIQ

Bu gün Qubadlı Şəhəri Günüdür

Bu gün Qubadlı Şəhəri Günüdür

Prezidentin sosial media hesablarında dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb - VİDEO

Prezidentin sosial media hesablarında dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb - VİDEO

Yaponiyanda 7 bal gücündə zəlzələ oldu

Yaponiyanda 7 bal gücündə zəlzələ oldu

Dünya çempionatı: Azərbaycan millisi bu gün iki oyun keçirəcək

Dünya çempionatı: Azərbaycan millisi bu gün iki oyun keçirəcək

Canni İnfantino İlham Əliyevə təşəkkür etdi

Canni İnfantino İlham Əliyevə təşəkkür etdi

Vətən müharibəsi XRONİKASI: 25 oktyabr –VİDEO

Vətən müharibəsi XRONİKASI: 25 oktyabr –VİDEO

Bu gün min nəfər etirazçı saxlanılıb - Nazir

Bu gün min nəfər etirazçı saxlanılıb - Nazir

Rafet El Romanın azərbaycanlı nişanlısı ilə - FOTO

Rafet El Romanın azərbaycanlı nişanlısı ilə - FOTO

End of content

No more pages to load

RADİO