COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur QURULUR

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müyəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanı Bakı Stadionunda bir sıra müvafiq həllər tətbiq edir.

Şirkətin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlılıq siyasətinin 7 əsas öhdəliyindən biri olan inklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili prosesində prioritet kimi nəzərə alınan amillərdəndir.
 

Əməliyyat Şirkəti tədbir məkanı olan Bakı Stadionunda COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinə tərcümə və audio induksiya sistemi xidmət göstərəcək. Sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdo-tərcüməçilər xidmət göstərəcəklər.


Tədbir məkanının dizaynı zamanı müvafiq zona və zallar görmə məhdudiyyətli şəxslər üçün kontrast nəzərə alınmaqla tərtib edilib. Görmə məhdudiyyəti olan şəxslər məkanda rahat naviqasiya üçün Brayl əlifbası ilə hazırlanan qapı lövhələri, məlumat nişanları, məkan xəritələri və müxtəlif broşürlardan istifadə edə biləcəklər. Qeyd edək ki, bu materialların əksəriyyəti Azərbaycanda yaşayan görmə məhdudiyyətli şəxslər tərəfindən hazırlanıb.

Tədbirlə bağlı məlumatlara inklüziv çıxışı təmin etmək məqsədilə müyəssərliklə bağlı informasiya məntəqəsi də xidmət göstərəcək. Burada əlilliyi görünməyən insanlar üçün günəbaxan simvollu lentlər istəyə görə təqdim olunacaq, Brayl əlifbası ilə hazırlanmış tədbir məkanı xəritəsi təmin ediləcək, eləcə də yoxlama və ilkin texniki dəstəyi özündə ehtiva edən təkərli oturacaqların təmiri xidməti, elektrikli təkərli oturacaqlar üçün enerjidoldurma məntəqəsi fəaliyyət göstərəcək, habelə ehtiyat təkərli oturacaqlar təklif olunacaq.

Bundan əlavə, fiziki imkanları məhdud olan şəxslərin tədbir məkanının bütün sahələrində yerdəyişməsini asanlaşdırmaq məqsədilə müvafiq pandus və liftlər quraşdırılacaq, eləcə də xüsusi parklanma yerləri, müyəssər sanitar qovşaqları və sakit otaq mövcud olacaq. Bununla yanaşı, tədbir məkanına girişi asanlaşdırmaq üçün piyada yoxlama-keçid məntəqələrində (PSA) “yaşıl keçid” zonaları, habelə COP tədbirləri tarixində ilk dəfə Mavi və Yaşıl zonaların girişlərində taktil xəritələr yerləşdiriləcək.

Müyəssərlik və inklüzivlik öhdəliklərinin, eyni zamanda, qonaqlama və nəqliyyat xidmətlərində də tətbiqi icra olunur. Belə ki, iştirakçılara müyəssər qonaqlama məkanlarının, eləcə də tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müyəssər nəqliyyat variantlarının geniş siyahısı da təqdim ediləcək.

Tədbirdə iştirak edəcək fiziki imkanları məhdud şəxslərə dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına və COP29 könüllülərinə, eləcə də müxtəlif xidmət sahələrinin əməkdaşlarına müvafiq təlimlər keçirilir. Bu təlim sessiyaları sayəsində şirkətin əməkdaşları və könüllülər fiziki imkanları məhdud şəxslərə planetimizin gələcəyi ilə bağlı mühüm müzakirələrdə iştirak etmək imkanı yaratmaqla yanaşı, tədbirə qatılan hər kəsə yardımçı olmaq üçün müvafiq bacarıqlara yiyələnəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

End of content

No more pages to load

RADİO