İki sezon çəkiləcəyi vəd edilən “Atabəylər” serialı niyə iki BÖLÜM OLDU?

İki ildir tamaşaçılar ölkənin ilk tarixi serialı “Atabəylər: Şəmsəddin Eldəniz”in yolunu gözləyirlər. Ekran işinin ötən il yayımlanacağı gözlənilsə də, serialin ekranlara çıxması növbəti mövsümə qalıb.

Nəhayət, bu il sentyabrın sonlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov sosial şəbəkə vasitəsilə filmin tezliklə dövlət televiziyasında yayımlanacağı anonsunu verib. Həmçinin, filmin treyleri 27 sentyabrda yayımlanıb və 44 günlük Vətən müharibəsinin şəhidlərinə ithaf olunub.

Lakin “Azərbaycan Atabəyləri” adı ilə ekrana çıxacaq film cəmi iki bölümdən ibarətdir.

Xatırladaq ki, hələ 2022-ci il 25 noyabrda tizeri təqdim olunan serialın ilk mövsümünün 24 seriyadan ibarət olacağı haqqında məlumat verilib. Növbəti mövsümdə isə “Turan yoluna doğan günəş” adlanacaq daha 24 bölümün tamaşaçılara təqdim olunacağı qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Atabəylər”dən sonra daha hansı tarixi dövlətlərimizlə bağlı filmlər ÇƏKİLMƏLİDİR?


Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkilən, AzTV-nin layihəsi olan filmdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Caha Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani və başqa şəxsiyyətlərin obrazlarının təqdim olunacağı gözlənilir.

Mətbuatda serialın iki mövsüm, 44 və ya 48 bölümdən ibarət olacağı haqqında xeyli informasiyalar var. Serialın ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyev ötən il yerli mətbuata açıqlamasında serialın çəkilişlərinə sentyabrda başlanacağını və 44 günlük müharibə ilə əlaqədar ekran işinin də 44 seriyadan ibarət olacağını bildirib.

Bir sözlə, iki ildir haqqında danışılan, bir əsrə yaxın hökm sürmüş Atabəylər dövləti haqqında hazırda iki seriyalı bədii televiziya filmi hazırdır.

Bəs hər mövsümdə 20-dən yuxarı seriyasının təqdim olunacağına söz verilən filmin cəmi 2 bölüm çəkilməsinə səbəb nə oldu?

Məsələ ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, “Atabəylər”in 44 seriya olması ilə bağlı məlumat AzTV tərəfindən yayımlanmayıb:

““Atabəylər” film formatındadır. Bir neçə seriyadan ibarət filmdir. Çox güman ki, bu mövsüm üçün iki seriya nəzərdə tutulub, amma hələ də dəqiqləşdirmələr gedir. Bu qərar QSC-nin rəhbərliyi tərəfindən yox, çəkiliş heyəti tərəfindən, yaradıcı kollektivin özünün resursları nəzərə alınmaqla verilib. Bu, hələ başlanğıcdır, gələn il də bu proses davam edəcək”.

Açıqlama filmin keyfiyyətinin əsas götürüldüyü qeyd olunub:

“Bizim üçün “Atabəylər” serialı ilə bağlı əsas prinsipial məsələ seriyaların çoxluğu məsələsi yox, keyfiyyət məsələsi oldu. Bilirik ki, Azərbaycanda film sektorunda dəyişikliklər gedir və biz də istəyirik ki, bu dəyişikliklərin paralelində hərəkət edək. Məhz buna görə tələbimiz keyfiyyətə üstünlük verilməsindən ibarətdir. Hazırda iki seriya nəzərdə tutulub.

Əminik ki, tamaşaçılar seriala baxandan sonra film xoşlarına gələr. O ki qaldı iki seriyadan sonrasının necə olacağı məsələsinə, çox güman ki, proses davamlı olacaq. Yeni seriyalarla tamaşaçıları sevindirməyə çalışacağıq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO