Revanşistlər Ermənistan Baş Prokurorluğunun qarşısında Nikol Paşinyanın şəklini yandırmağa cəhd ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Mənbə qeyd edir ki, Baqrat Qalstanyanın rəhbərlik etdiyi Qarabağ revanşistlərinin etiraz aksiyası keçirdikləri Baş Prokurorluğun binası qarşısında vəziyyət gərginləşib.
Üsyançılar baş nazir Nikol Paşinyanın şəklini yandırmağa çalışsalar da, polis buna imkan verməyib.
Bizim.Media