Paşinyanın sülh TƏLƏSKƏNLİYİ – Nikolun “yarımçıq saziş” arzusunun PƏRDƏARXASI - TƏHLİL

Ermənistan tələsir. Guya ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişi imzalamaq həvəsinə düşüb. Bu hiss ermənilərdə o qədər “güclüdür” ki, gözləməyə də hövsələ yoxdur.

Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında deyib ki, Ermənistan bu ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni katolikosundan ÜSYAN ÇAĞIRIŞI – Paşinyana qarşı olan qüvvələr birləşir...


“Bu, İrəvanın rəsmi mövqeyidir”.

O hətta xatırladıb ki, Ermənistanın Konstitusiya Məhkəməsi bu yaxınlarda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işinə dair əsasnaməni təsdiqləyib. Paşinyanın sözlərinə görə, məhkəmə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən sovet dövründəki sərhədləri tanımasının ölkə Konstitusiyasına uyğun olduğunu təsdiqləyib.

Faktlar isə əksini deyir...

Paşinyan danışır və dönə-dönə deyir ki, “Azırbaycanla sovet dövründəki sərhədlərin tanımasının ölkə Konstitusiyasına uyğun olduğunu təsdiqlənib”. Bununla da sülh sazişinin imzalanmasında hər hansı bir problemin olmadığına hər kəsi inandırmağa çalışır. Amma fakt faktlığında qalır ki, Ermənistan Konstitusiyasında Qarabağın Ermənistanın tərkib hissəsi və bir parçası olması təsbit edilib.

Bu isə sülh sazişinin imzalanmasına ən böyük əngəldir. Üstəlik, Ermənistanın dövlət gerbinin də dəyişdirilməməsi sülh sazişini əngəlləyir. Bir sözlə, sülh sazişindəki 16 bənddən 3-ü hələ də razılaşdırılmayıb. Bu isə o deməkdir ki, imzalanma mərasiminə hazırlaşmaq və hətta onun tarixini maksimum dərəcədə irəli çəkmək məntiqsizlikdir.

Çünki sülh sazişi üçün tərəflərin ilkin sənəd kimi qəbul etdikləri 16 bəndlik layihənin hələ də bütün tələbləri icra olunmayıb. Belə vəziyyətdə isə sülh sazişindən danışmaq sadəcə ağılsızlıqdır.

Ermənistan sülh sazişini niyyət protokolu ilə səhv salır?

Azərbaycan 4 ildir ki, iki ölkə arasında davamlı sülhün əldə edilməsi üçün bütün addımları atır. Sülh sazişi üçün ilkin sənəd olan 10 noyabr Bəyanatı və 11 yanvar Anlaşmasından irəli gələn tələbləri Azərbaycan çox qısa zaman ərzində icra etdi. Lakin Ermənistan hər iki razılaşmanı pozdu. Üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmədi.

Nəzərə alaq ki, İrəvan sülh sazişinə qədər tərəflər bir sıra məsələlərə aydınlıq gətirməli idi. Onlardan biri də kommunikasiyaların bərpasıdır. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılmasına qarşı çıxdı. Azərbaycan məcburiyyət qarşısında qalıb alternativ variantdan istifadə etdi. Naxçıvanla və Qərbə çıxış üçün İran ərazisindən yeni dəhliz yaradılması variantını seçdi.

Təkcə, kommunikasiyaların açılmamasına qarşı çıxması sübut edir ki, Ermənistan Azərbaycanla davamlı və əbədi sülhün olmasını istəmir. Sadəcə sülh sazişi adı ilə hansısa niyyət protokolu imzalamaq istəyir.

Ən pisi də odur ki, rəsmi İrəvan bu fikrini çox savadsızca irəli sürür:

“Sülh sazişini imzalayaq, qalan problemləri sonra həll edərik”.

Bu isə nə beynəlxalq hüquqa, nə də ki, məntiqə sığır. Sülh sazişi üçün ilkin olaraq 16 məsələnin həlli razılaşdırılıbsa, bu hökmən icra edilməlidir. Lap elə bir bənd də açıq qalırsa, o zaman imzalanan sülh sazişi tam və əsas sayıla bilməz. Çünki sülh sazişi iki lider arasında imzalanan sənəddir. Sabah istənilən tərəf bu sazişdən imtina edə bilər.

Amma ölkə Konstitusiyası ölkənin Ana Qanunudur. Ona dəyişikliksə, hansısa liderin istəyi və imzası ilə yox, xalqın iradəsi ilə olur. Bu mənada Ermənistan Konstitusiyasına zəruri dəyişiklik edilməyincə hansısa sülh sazişindən danışmaq yersizdir.

Bəs Paşinyan niyə tələsir?

Məlumdur ki, Ermənistan xarici təzyiqlər altında əzilir. Rusiya bu ölkədən çıxmaq istəmir. ABŞ və bir sıra Avropa ölkələri isə Ermənistana soxulmaq istəyir. Üstəlik, Azərbaycan, Türkiyə və İranın da Ermənistana güclü təzyiqləri var. Bu qədər təzyiqləri neytrallaşdırmaq gücündə olmayan rəsmi İrəvan siyasi manipulyasiyaya əl atır. İlk hədəfsə Azərbaycandır.

Bu da təsadüfi deyil. Çünki Ermənistan xarici ölkələr arasında ən çox Azərbaycandan çəkinir. Ona görə də Paşinyan hökuməti ilk növbədə Azərbaycanla razılaşmaq istəyir. Hətta bu razılaşma yarımçıq olsa belə, Paşinyan üçün yetərlidir. Çünki Ermənistanın gələcəyi bu razılaşmadan asılıdır. Nə qədər ki, bu razılaşma yoxdur, o zamana kimi rəsmi İrəvan Rusiyaya qəti şəkildə “get”, Qərbə isə “gəl” deyə bilməyəcək. Üstəlik, Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın Türkiyə və İranla olan münasibətlərinə də aydınlıq gətirəcək.

Amma indiki vəziyyətə Ermənistan nə Qərbə, nə Rusiyaya, nə Türkiyəyə, nə də İrana qəti söz deyə bilir.

Əksinə, Paşinyan həm Qərbdən, həm Rusiyadan, həm İrandan və hətta Türkiyədən xahiş edir ki, ən qısa zamanda  sülh sazişinin imzalanması üçün Azərbaycana təzyiq etsinlər.  Məhz bu səbəbdəndir ki, rəsmi İrəvan tez-tez “sülh sazişini imzalamağa hazırıq” deyir.

Amma daxili və xarici qüvvələrin qorxusundan Paşinyan Konstitusiya dəyişikliyinə getmir. Çünki bu addım onun sonunu gətirə bilər. Təsadüfi deyil ki, Konstitusiyaya dəyişikliyi Paşinyan yalnız 2026-cı ilin sonunda mümkün olacağını deyir. Bu iddianın konkret səbəbi var. Çünki 2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Əgər həmin seçkidə Paşinyan qalib gəlsə o, zaman xalqdan nəsə istəyə bilcək. Yox, seçkilərdə məğlub olsa, o zaman referendum məsələsi yeni iqtidarın boynunda qalacaq.

Beləcə, öz kreslosunu xalqın və dövlətin maraqlarından üstün tutan Paşinyan siyasi manipulyasiya ilə məşğuldur. Amma erməni baş nazir bir həqiqəti unudur ki, bu oyunbazlığı onun sonunu daha tez gətirə bilər və 2026-cı il seçkilərini gözləməyə ehtiyac da qalmaz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BU TARİXDƏ ilin son Günəş tutulması baş verəcək

BU TARİXDƏ ilin son Günəş tutulması baş verəcək

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi - 15 nəfər yaralandı

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi - 15 nəfər yaralandı

Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO

Vüsal Əliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Vüsal Əliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Zakir Qaralov uzun müddət sonra görüntüləndi - Foto

Zakir Qaralov uzun müddət sonra görüntüləndi - Foto

XI sinif üzrə buraxılış imtahanlarında YENİ TEST MODELİ tətbiq ediləcək

XI sinif üzrə buraxılış imtahanlarında YENİ TEST MODELİ tətbiq ediləcək

III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin SAYI

III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin SAYI

Ən çox bu ixtisas üzrə xaricdə oxuyanların DİPLOMU TANINMAYIB

Ən çox bu ixtisas üzrə xaricdə oxuyanların DİPLOMU TANINMAYIB

Cəbrayıl–Zəngilan–Ağbənd yolunda hansı işlər görülüb? –FOTO

Cəbrayıl–Zəngilan–Ağbənd yolunda hansı işlər görülüb? –FOTO

DİQQƏT! Bu rayonda işıq olmayacaq

DİQQƏT! Bu rayonda işıq olmayacaq

Macarıstan Ukrayna ilə buna görə yola getmir – Gərginliyin TARİXİ KÖKLƏRİ

Macarıstan Ukrayna ilə buna görə yola getmir – Gərginliyin TARİXİ KÖKLƏRİ

Xarici diplomların 14 faizi TANINMAYIB - TKTA sədri

Xarici diplomların 14 faizi TANINMAYIB - TKTA sədri

Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA

Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA

Bir vaxtlar “Zenit”də oynayan ukraynalı futbolçu Rusiya klubunu təhqir etdi - VİDEO

Bir vaxtlar “Zenit”də oynayan ukraynalı futbolçu Rusiya klubunu təhqir etdi - VİDEO

Bakının mərkəzindəki gecə klubu bağlandı – VİDEO

Bakının mərkəzindəki gecə klubu bağlandı – VİDEO

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxsləri MƏHKƏMƏ QARŞISINDA

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxsləri MƏHKƏMƏ QARŞISINDA

Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirildi - FOTO

Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirildi - FOTO

ŞOK: Ukraynanı dəstəkləyən Rotarunun oğlu Rusiyada vergi ödəyir

ŞOK: Ukraynanı dəstəkləyən Rotarunun oğlu Rusiyada vergi ödəyir

Dünya çempionu karyerasını BAŞA VURDU

Dünya çempionu karyerasını BAŞA VURDU

Ruslar və ingilislər arasında YENİ TREND – Xristianlar da halal ət almaq İSTƏYİRLƏR

Ruslar və ingilislər arasında YENİ TREND – Xristianlar da halal ət almaq İSTƏYİRLƏR

Rusiyada erməni bizmesmen HƏBS EDİLDİ - FOTO

Rusiyada erməni bizmesmen HƏBS EDİLDİ - FOTO

Sürücülərin DİQQƏTİNƏ! Koroğlu Rəhimov küçəsində hərəkət belə təşkil ediləcək – VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Koroğlu Rəhimov küçəsində hərəkət belə təşkil ediləcək – VİDEO

End of content

No more pages to load

RADİO