Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində xidmətini dayandıracaq - orada yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub.
Bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində xidməti dayandıracaq.
Bununla yanaşı, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları, Rusiya sərhədçiləri ilə birgə qoruyacaqlar.
Bizim.Media