Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı - Qazax yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomaşının sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada Göyçayın Alpoud kənd sakini İslamov Elçin Azər oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.


Bizim Media, Aran bürosu