Asiya Çempionlar Liqasının “Sepahan” (İran) - “İstiklol” (Tacikistan) oyunu zamanı qorxulu anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, komandaları arasında keçirilən matçda İranın İsrailə atdığı raketlər stadionun yaxınlığından keçib.
Stadiondakı azarkeşlər raketin buraxılışını lentə almağa başlayıblar və oyuna əhəmiyyət verməyiblər.
Qeyd edək ki, bu oyunda "Sepahan" 4:0 hesabı ilə qalib gəlib.
Bizim.Media