İrəvanın Respublika meydanında hökumət əleyhinə etiraz aksiyası başlayıb.
Bizim.Media xəbər verir ki, mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” (“Vətən naminə Tavuş”) hərəkatı üvlərinin iştirakı ilə keçirilir.
Aksiya iştirakçıları Paşinyan hökumətinin istefasını tələb edirlər.
Meydanın ətrafında polis və təhlükəsizlik qüvvələri yerləşdirilib.
Bizim.Media