Doğum günü, yoxsa ad günü?

Bilirik ki, bir çox insan anadan olduğu günü xüsusi gün kimi qeyd edir. Bu, əsrlərdir mövcud olan bir adətdir. Bir çox xalqların mədəniyyətində insanın dünyaya gəldiyi gün münasibətiylə ona hədiyyələrin alınması, xüsusi mərasimin keçirilməsi, həmçinin,  özəl tort hazırlanması kimi adətlər mövcuddur. 

Bu gün münasibətiylə hər ölkənin özünəməxsus təbriki olur. Məsələn, ingilislər “Happy Birthday”, özbəklər “tug’ilgan kun muborak bo’lsin”, italyanlar “buon compleanno” deməklə insanın anadan olduğu günü təbrik edirlər. Ölkəmizdə isə bu şəxslərə “ad günün mübarək!” və ya “doğum günün mübarək!” ifadələriylə təbriklər çatdırılır.

Maraqlıdır ki, insanın doğulduğu gün niyə “ad günü” adlanır? Əslində necə olmalıdır: doğum günü yoxsa ad günü?

Filologiya elmlər doktoru Elçin İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, "doğum günü" ifadəsi "ad günü" ilə müqayisədə daha düzgündür:

“Qədim türklərdə yeni doğulan uşağa təntənə ilə ad qoyma mərasimi keçirilirdi. Yəni, ad günü qədim türklərin uşağa ad qoyduqları gün kimi, doğum günü isə həmin insanın dünyaya gəldiyi gün kimi qeyd olunub. Buna görə də doğum günü ifadəsi daha məntiqlidir. Çünki insan doğulduğu an ona ad verilmir”.  

Müsahibimiz məsələ ilə bağlı tarixi faktorları da açıqlayıb:

“Biz qədim türk inancına baxsaq, görərik ki, uşaq dünyaya gəldikdən sonra təntənəli mərasim keçirilirdi, şaman ona ad verirdi. Məsələn, Dədə Qorqud dastanında da görünür ki, insan doğulanda ona ad qoyulmur, gərək o qəhrəmanlıq göstərsin, igidlik etsin ki, ona ad verilsin. Nümunə olaraq, Dirsə xanın oğlunun bir buğanı boğmasından sonra ona Buğac adı verilir və ya Bamsı Beyrəyə də düşmənlə vuruşduqdan sonra ad verilir.

Yəni, hesab edirəm ki, doğum günü ifadəsi daha doğrudur. Çünki insanın adı ona sonradan verilir.  

Düzdür, bu gün uşaq dünyaya gəlmədən öncə onun adına ailəsi qərar verir, amma yenə də bunun sənədləşmə prosesi uşağın dünyaya gəlməsindən bir müdddət sonra rəsmi olaraq həyata keçirilir”. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər bizi dayandırmaq istəyirdi

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər bizi dayandırmaq istəyirdi

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

Prezident: İnşa edilən dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək

Prezident: İnşa edilən dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək

İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var

İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - FOTO

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - FOTO

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

İlham Əliyev Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılışında - FOTO

İlham Əliyev Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılışında - FOTO

Yevlax qəzasında xəsarət alanların SON DURUMU

Yevlax qəzasında xəsarət alanların SON DURUMU

Sabahın HAVASI: 30 dərəcə isti olacaq

Sabahın HAVASI: 30 dərəcə isti olacaq

Kursk vilayətində 2300 Şimali Koreya əsgəri öldürülüb?

Kursk vilayətində 2300 Şimali Koreya əsgəri öldürülüb?

Paşinyan etiraf etdi: “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - VİDEO

Paşinyan etiraf etdi: “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - VİDEO

XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO

XƏBƏRDARLIQ: DYP cərimələrində “35% endirim” tələsi – VİDEO

“Bu il 100-dən çox modul tipli məktəb tikiləcək”

“Bu il 100-dən çox modul tipli məktəb tikiləcək”

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

End of content

No more pages to load

RADİO