“İlham Əliyev parlaq geosiyasi məkana rəhbərlik edir. Hətta Amerika siyasətində Azərbaycanın nümayiş etdirdiyi "master klass" yoxdur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç ukraynalı jurnalist Nikolay Feldmana müsahibəsində Azərbaycan prezidentinin apardığı siyasətə münasibət bildirərkən deyib.
Arestoviçin sözlərinə görə, ancaq Azərbaycan lideri hansı yaxşılığı etsə də, liberallar onun etdiklərini anlamaq istəmirlər:
“İlham Əliyev Azərbaycanda köklü islahatlar apardı, ideal dini azadlıq şəraitini yaratdı, vətəndaş həmrəyliyi sistemini qurdu. Buna görə də hazırda bu ölkədə 126 millət sülh şəraitində yaşayır".
Bizim.Media