Serbiya Superliqasının 9-cu turunda “Srvena Zvezda” və “Partizan” arasında keçirilən Belqrad derbisində meydan sahiblərinin azarkeşləri 0:4 hesabı ilə uduzduqları oyundan sonra qonaq komandanın paltardəyişmə otağına hücum çəkib.
Bizim.Media xəbər verir ki, tərəfdarlar rəqib baş məşqçi Aleksandr Stanoyeviçə ciddi xəsarət yetirib. Çalışdırıcı matçdan sonrakı mətbuat konfransına üzündə sarğılarla qatılıb.
Xatırladaq ki, ötən gün “Partizan”ın ev oyunlarını keçirdiyi arenada naməlum şəxslər yanğın törətmişdi.
Buna baxmayaraq, oyunu təşkil etmək mümkün olub. Amma qarşılaşmanın nəticəsi yerli fanatları qəzəbləndirib.
Bir neçə ildir əzəli rəqibi üzərində böyük üstünlük quran “Srvena Zvezda” 4:0 hesablı qələbə qazanaraq çempionluq yarışında rəqibi ilə xal fərqini bir az da artırıb.
Bizim.Media