Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini legionerlə gücləndirib.
Bizim.Media xəbər verir ki, komanda Nayka Beniteslə müqavilə imzalayıb.
Puerto-rikolu voleybolçu ilə razılaşma mövsümün sonuna kimi nəzərdə tutulub. 35 yaşlı oyunçu libero mövqeyində çıxış edir.
Qeyd edək ki, Benites son mövsümü ölkəsinin “Atenienses de Manati” klubunda keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media