Gürcüstan parlamenti bu gün keçirilən plenar iclası zamanı ölkədə LGBT təbliğatını, eləcə də cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib.
Bizim.Media xəbər verir ki, qanun layihəsi 84 səs çoxluğu ilə yekdilliklə qəbul olunub.
Qanun imzalanması üçün ölkə Prezidenti Salome Zurabişviliyə göndəriləcək.
Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası tərəfindən təklif edilən sözügedən qanun layihəsi ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutur.
Bizim.Media