Yalçın Rəfiyev Praqada COP29-la bağlı tədbirdə iştirak etdi - FOTO

Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Praqada ATƏT-in 31-ci İqtisadi və Ətraf Mühit Forumu çərçivəsində “COP29: ambisiyanın genişləndirilməsi və fəaliyyətin təşviq edilməsi vasitəsilə iqlim dəyişikliyi çağırışları ilə mübarizədə həmrəylik və birliyin təşviq edilməsi” adlı yan tədbir təşkil olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri, Avstriyanın ATƏT yanında daimi nümayəndəsi Florian Rauniqin moderatorluğu ilə keçirilmiş tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev də iştirak və çıxış edib.

Nazir müavini iqlim dəyişikliyinin qlobal mənfi təsirləri barədə söz açaraq cari ilin noyabrında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini bildirib, COP29-a hazırlıq çərçivəsində aparılan danışıqlar prosesinin hazırkı statusu, Azərbaycan tərəfindən irəli sürülmüş 14 təşəbbüs və onların təşviqi istiqamətində aparılan işlər, dövlətimizin enerji keçidi və iqlim siyasəti barədə məlumat verib.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə xüsusunda inklüzivlik və əməkdaşlığı təşviq etdiyini vurğulayan Y.Rəfiyev COP29 Sədrliyinin bir çox tərəfdaşlarla sıx təmasda olduğunu bildirib.

ATƏT nümayəndəsi B.Djusupov iqlim dəyişikliyi mövzusunun ATƏT-in diqqət mərkəzində olduğuna, bu istiqamətdə bir sıra öhdəliklərin mövcudluğuna istinad edərək təşkilat tərəfindən bu sahədə aparılan fəaliyyət barədə məlumat verib, ATƏT-in COP29-da iştirak planlarından danışıb.

Tədbir çərçivəsində ATƏT-in iştirakçı dövlətlərinin nümayəndələrinin fikirləri dinlənilib, sualları cavablandırılıb. İştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, etimadın qurulması və qlobal səylərin artırılmasına Azərbaycan sədrliyinin verdiyi töhfənin əhəmiyyəti vurğulanıb, bu fəaliyyətdə ölkəmizə uğurlar arzulanıb.

Qeyd olunmalıdır ki, İqtisadi və Ətraf Mühit Forumu ATƏT-in iqtisadi ölçüsünün illik əsasda keçirilən ən böyük tədbiridir.

Forum təşkilatın iqtisadi və ətraf mühit istiqamətləri üzrə iştirakçı dövlətlərin öhdəliklərinin nəzərdən keçirilməsi və bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində aparılan fəaliyyətin müzakirəsi üçün platformadır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

End of content

No more pages to load

RADİO