Baş prokuror Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü - FOTO

Sentyabrın 11-də Baş prokuror Kamran Əliyev ölkəmizə işgüzar səfərə gələn Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qonaqları salamlayan Baş prokuror, Ömər Kərkəzi qardaş ölkənin Ali Məhkəməsinin sədri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

Tarixən milli köklərə söykənən münasibətlərimizin bütün sahələrdə dinamik inkişaf etdiyi bildirilərək, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri və apardıqları uzaqgörən xarici siyasət nəticəsində əlaqələrimizin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib.

K.Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş bərpa quruculuq işlərinin aparıldığını, o cümlədən bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirərək, bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Baş prokuror bu ilin payızında ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, o cümlədən COP29 və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransına ev sahibliyi edəcəyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Ömər Kərkəz ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirilərək, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

ABŞ-da benzin qiymətlərində REKORD

ABŞ-da benzin qiymətlərində REKORD

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bakı və Astana memorandum imzaladı

Bakı və Astana memorandum imzaladı

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

End of content

No more pages to load

RADİO