Anar Eyvazov: “Ermənistanın təxribatları antiterror əməliyyatını labüd etmişdi”

“Özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan 2023-cü ilin sentyabr ayınadək olan dövrdə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”.

Bizim.Media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov antiterror əməliyyatının uğurla başa çatmasının birinci ildönümü ilə bağlı nazirliyin saytına müsahibəsində bildirib.

“Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak oldu və yaralandı.

Ali Baş Komandanın göstərişi ilə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirildi.

Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və digər legitim hərbi hədəfləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. 

Qanunsuz silahlı qruplaşmaların tərk-silah edilməsi və separatçı rejimin ləğvi nəticəsində Qarabağ iqtisadi rayonu üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu”, - deyə polkovnik diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

“Avroviziya” şərhçilərimiz onlar olacaq

“Avroviziya” şərhçilərimiz onlar olacaq

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

20 günün əsgəri vəfat etdi

20 günün əsgəri vəfat etdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Ukrayna Rusiyanın təklifini rədd etdi

Ukrayna Rusiyanın təklifini rədd etdi

Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO

Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO

Astanada keçiriləcək sammitdə də iştirak etməyəcək

Astanada keçiriləcək sammitdə də iştirak etməyəcək

İranda 35 milyon insanın su problemi var

İranda 35 milyon insanın su problemi var

Paşinyan Zelenskinin bəyanatlarına reaksiya verilməməsinə aydınlıq gətirdi

Paşinyan Zelenskinin bəyanatlarına reaksiya verilməməsinə aydınlıq gətirdi

İlham Əliyev Zəngilandan dünyaya mühüm mesajlar ünvanladı: Köhnə gündəmə birdəfəlik son qoyuldu

İlham Əliyev Zəngilandan dünyaya mühüm mesajlar ünvanladı: Köhnə gündəmə birdəfəlik son qoyuldu

Maykl Ceksona qarşı yeni İTTİHAMLAR

Maykl Ceksona qarşı yeni İTTİHAMLAR

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

End of content

No more pages to load

RADİO