Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar seçkiqabağı kampaniyaya görə Aİİ-nin Astanada keçiriləcək sammitində iştirak edə bilməyəcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, Baş nazirin sözlərinə görə, o, bu qərarı barədə hələ aprelin 1-də Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putini əvvəlcədən məlumatlandırıb.
Paşinyan jurnalistlərə açıqlamasında bildirib: "Aprelin 1-də Moskvaya səfərim zamanı Rusiya Prezidentinə məlumat verdim ki, seçkiqabağı kampaniya ilə əlaqədar Aİİ sammitində iştirak edə bilməyəcəyəm".
Ermənistanın hökumət başçısı həmçinin qeyd edib ki, bazar günü Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə telefon danışığı apararaq sammitə gələ bilməyəcəyini ona da çatdırıb.
Paşinyan dəqiqləşdirib ki, tədbirdə Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
Bizim.Media