Şuşa şəhərində 32 ildən sonra ilk toy mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, təntənəli mərasim İsa bulağında keçirilir.
Bəy və gəlini gətirən maşın karvanı toy zalının qarşısına gəldikdən sonra mərasim start götürüb. Səbəbkarlar milli geyimli gənclərın daşıdığı bayraqlarla müşayiət olunub.
Qeyd edək ki, ailə həyatı quran Elmir Məmmədlinin 28 yaşı var. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Füzuli və Xocavənd rayonlarının azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib. Cəbhənin Füzuli istiqamətində gedən döyüşlərində yaralanıb.










Bizim.Media