İsveçrəli müğənni Sophie de Quay sentyabrın 18-i Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, sentyabrın 19-da isə “Events Hall”da konsert proqramı ilə çıxış edəcək.
Bizim.Media xəbər verir ki, “İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması – dünya turu” çərçivəsində reallaşacaq tədbirdə müğənni maraqlı ifalar səsləndirəcək.
Sophie de Quay eyni səhnəni multiinstrumental ifaçı kimi istedadına görə “ahtapot adam” ləqəbi ilə tanınan Simon Jaccard ilə bölüşəcək.
Müğənni, həmçinin sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında seminar keçirəcək.
Bizim.Media