Təxminən bir il əvvəl insan bədəninə “çip” yerləşdirilməsi barədə yayılan xəbərlər öz təsdiqini tapıb.
Bizim.Media xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas öz Facebook səhifəsində məlumat verib.
O, tarixdə ilk dəfə olaraq insan bədəninə yeridiəcək “çip”in Kolumbia Universitetində sınaqdan keçirildiyini bildirib:
“Tibb tarixində bir ilk yaşanır. Kolumbia Universitetinin nano cərrahiyə əməkdaşları başda Ken Shepard olmaqla ilk dəfə iynə ilə bədənə yeridilə bilən çipi təqdim ediblər. Bu çip o qədər kiçikdir ki, mikroskop altında görünür. Bu dünya tarixində bəlkə də ən kiçik kompüter hesab oluna bilər. Çip hələ ki, bədəndəki temperaturu ölçə bilir. Elm adamların hədəfi növbəti mərhələdə çip ilə şəkəri, oksigeni və digər tibbi detalları ölçməkdir. Bu texnologiyanın gələcəyi möhtəşəmdir. İnsanlar çip daşıyaraq bədənindən məlumatları lazımı şəkildə ala biləcəklər. Bunun tətbiqinə yəqin ki, hələ uzun illər var”
Vüsalə Balayeva, Bizim.Media
