Polşada keçiriləcək prezident seçkilərində namizəd olan Slavomir Mentzen ölkəyə daxil olmağa çalışan miqrantları güllələyəcəyinə söz verib.
Bizim.Media xəbər verir ki, bu barədə Mentzen partiyasının qurultayında vəd verib.
O qeyd edib ki, Polşa sərhədçiləri ölkə sərhədlərində qeyri-qanuni miqrantları güllələyəcək:
"Əgər kimsə Polşa dövlətinin sərhədini qanunsuz keçməyə cəhd edərsə, sadəcə güllələnməlidir".
O, həmçinin Almaniya polisini də hədələyib və qeyd edib ki, Almaniya miqrantları yenidən sərhədin Polşa tərəfinə aparmağa başlasa, onlara qarşı sərt addımlar atacaq.
Bizim.Media