Uçub tökülən poliklinikalarda axtardığımız sağlamlıq - FOTO

Bakının Xətai rayonunda yerləşən 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Poliklinika Bölməsinin baxımsızlığı müzakirə mövzusu olub.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotolarda poliklinika divarlarının uçub töküldüyü, qapıların yararsız olduğu diqqət çəkib.


Vəziyyətdən şikayət edən vətəndaş qeyd edib ki, bu cür yararsız yerdə tibbi xidmət almaq məcburiyyətində olduğumuz halda bizim hər birimizin əməkhaqqından icbari tibbi sığorta üçün iki faiz pul tutulur.

"Əgər biz özəl tibb müəssisələrinə getmək məcburiyyətində qalırıqsa, o zaman maaşımızdan iki faiz niyə tutulur?" - deyə şikayətçi qeyd edib.


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən poliklinikanın mövcud vəziyyəti, potensialı və ehtiyacları təhlil olunub.

"Ölkədə ilkin səhiyyə xidmətinin səmərəli təşkili, maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicənin aparılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mütəxəssislərindən ibarət Koordinasiya qrupu fəaliyyət göstərir.
 

Hazırda bu sahə üzrə kadr potensialının gücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrin əhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrə optimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı müvafiq təhlillər aparılır, layihə və təkliflər hazırlanır.


Qeyd olunan məsələ ilə bağlı isə bildirmək istəyirik ki, adı keçən müəssisənin mövcud vəziyyəti, potensialı və ehtiyacları təhlil olunub, həlli istiqamətində işlər görülməkdədir" - deyə açıqlamada vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Dünya interneti İranın nəzarətinə keçir

Dünya interneti İranın nəzarətinə keçir

Mütləq bəxti gətirəcək 3 bürc

Mütləq bəxti gətirəcək 3 bürc

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO-VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO-VİDEO

ÜST: 42 günlük karantin elan edilsin

ÜST: 42 günlük karantin elan edilsin

Tramp: "Vens və Rubio prezidentliyə ən güclü namizədlərdir" - VİDEO

Tramp: "Vens və Rubio prezidentliyə ən güclü namizədlərdir" - VİDEO

Lökbatanda güclü yanğın – VİDEO

Lökbatanda güclü yanğın – VİDEO

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

End of content

No more pages to load

RADİO