Ərəb mediası Mehriban xanım Əliyevaya həsr olunmuş məqalələr dərc edib - FOTO

Ərəb ölkələrinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş məqalələr dərc edib.

Bizim.Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bəyan” qəzetində dərc olunan “Mehriban Əliyeva: Azərbaycan xalqının nümunəvi insanı” sərlövhəli məqalədə qeyd edilir ki, Mehriban Əliyeva ictimai fəaliyyətinin ilk günlərindən humanitar məsələlərə xüsusi diqqət yetirib. O, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib.

Məqalədə vurğulanır: “Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənalı ömür yolu və tükənməz enerjisi, xeyirxahlığı, insanlara göstərdiyi şəfqət və mərhəməti, həmçinin öz xalqına və dövlətinə fədakar xidməti xüsusi qeyd olunmalıdır”. Qəzet yazır ki, Azərbaycanın birinci xanımı həm də qayğıkeş bir həyat yoldaşı və ana kimi bütün qadınlara nümunədir”.

Geniş oxucu kütləsinə malik olan “Arab-countries” xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Mehriban xanım Əliyeva intellektual və mədəni ənənələri yaşadan ziyalı ailəsində dünyaya gəlib. Atası görkəmli alim, anası isə tanınmış filoloq olan Azərbaycanın birinci xanımı təhsilə, mədəniyyətə və ictimai fəaliyyətə qayğı və diqqət göstərilməsi üzrə ailə ənənələrini davam etdirib. Eyni zamanda, Mehriban xanımın Moskvada Seçenov adına Tibb Universitetində aldığı tibb təhsili də onun humanitar sahədə fəaliyyətində mühüm rol oynayıb.

“Pantimearabia”, “Tuvaq”, “Aqram”, “Dubaihospitality”, “Dubainews”, “Observer-Dubai”, “Qlobal Dubai” informasiya portallarında dərc olunan məqalədə isə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli ictimai və humanitar fəaliyyətindən bəhs edilib.

“Azərbaycanın birinci xanımı həmvətənlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan bu fond 2004-cü ildən səhiyyə, təhsil və sosial rifah sahəsində mühüm irəliləyişlər əldə edib”, - deyə məqalədə vurğulanıb.

“Abdae-alaelami” portalında dərc edilən məqalədə diqqətə çatdırılıb ki, Mehriban xanım Əliyevanın ən mühüm nailiyyətlərindən biri Azərbaycanda səhiyyə xidmətlərinin təkmilləşdirilməsidir. Portal yazır: “Heydər Əliyev Fondu onun rəhbərliyi altında xəstəxanaların, klinikaların və diaqnostika mərkəzlərinin tikintisini və təmirini maliyyələşdirib, müasir tibb müəssisələrinin bütün vətəndaşların istifadəsinə verilməsini təmin edib. Azərbaycanın birinci xanımının təşəbbüsləri arasında pulsuz tibbi xidmətlərin göstərilməsi və əhalinin həssas qruplarının dəstəklənməsini, sağlamlıq sahəsində qeyri-bərabərliyin aradan qaldırılmasını vurğulamaq olar.

Bundan əlavə, Mehriban Əliyeva təhsilə böyük önəm verib. O, şagirdlərin müasir, yaxşı təchiz olunmuş təhsil mühitinə çıxışını təmin edərək, Azərbaycanda yüzlərlə məktəbin tikintisi və təmiri təşəbbüslərinə rəhbərlik edib.

Eyni zamanda, Azərbaycan liderlərinin və alimlərinin gələcək nəslini yetişdirmək üçün təqaüd və tədqiqat proqramları həyata keçirilib”.

“Hayatty-2.day” informasiya portalında isə Mehriban xanım Əliyevanın mədəni irsin qorunması və dünyada təbliği istiqamətində fəaliyyətinə xüsusi diqqət yetirilib. Məqalədə deyilir: “Mədəni irsin alovlu müdafiəçisi olan Mehriban xanım Əliyeva öz səylərini Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına və təbliğinə həsr edib. O, tarixi abidələrin bərpasına nəzarət edib, ənənəvi incəsənəti dəstəkləyib və Azərbaycanın nadir irsini dünyaya nümayiş etdirən beynəlxalq mədəni tədbirlərin təşəbbüskarı olub. Azərbaycanın birinci xanımının fəaliyyəti keçmişin zəngin irsinin qorunub saxlanmasına töhfə verməklə yanaşı, həm də insanlara milli qürur və özünəməxsusluq hissi aşılayıb”.

“Gulftech-news”, “Safar-news”, “vdlnews.com” informasiya portallarında dərc olunan məqalələrdə də Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan, o cümlədən onun Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər və digər sahələrdə çoxşaxəli fəaliyyətindən bəhs edilib.

Məqalələrdə, həmçinin Azərbaycanın birinci xanımının şəxsi insani keyfiyyətlərinə də geniş yer verilib.

Diqqətə çatdırılıb ki, uğurlu dövlət xadimi olan Mehriban Əliyeva, həm də qayğıkeş, mərhəmətli və mehriban bir ailə xanımı, peşəkar və şəxsi həyatını ahəngdar şəkildə birləşdirən Azərbaycan qadınının təcəssümüdür.

Ərəb mediası qeyd edib ki, hazırda parçalanma və çəkişmələrin hökm sürdüyü qlobal şəraitdə Mehriban xanım Əliyevanın humanitar fəaliyyət sahəsinə göstərdiyi böyük diqqət, xeyirxahlıq və mərhəmət nümunəsi Azərbaycanın birinci xanımına xalq arasında dərin hörmət və rəğbət qazandırıb, gənc nəslin nümayəndələrini daha ədalətli və şəfqətli dünya düzəni quruculuğu istiqamətində səy göstərməyə ruhlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

“Avroviziya”nın II yarımfinalı başladı - Azərbaycan çıxış edəcək

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Vakuum paketlərdə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kritik açıqlama - FOTO

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

Həsən Əblucun QIZI: “Sadəcə tibbi dəstək istəmişəm”

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

“Sabah” komandası mükafatlandırıldı - FOTO

“Sabah” komandası mükafatlandırıldı - FOTO

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

Salah “Fənərbağça”nın təklifi ilə razılaşdı

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

AFFA prezidenti "Sabah" klubunu təbrik etdi - FOTO

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

Netanyahu İranla müharibə zamanı BƏƏ-yə gizli səfər edib

End of content

No more pages to load

RADİO