Türkiyənin tanınmış aktyoru Tuncay Akça vəfat edib.
Bizim.Media “NTV”yə istinadən xəbər verir ki, bu barədə aktyorun meneceri Kıvanç Terzioğlu məlumat yayıb.
Bildirib ki, Tuncay Akça 60 yaşında infakt nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Tuncay Akça "Hababam sınıfı" serialında "Bacaksız" ləqəbli rolu ilə tanınıb. O, Yol filmində Yusif obrazını canlandırıb. 1995-2002-ci illərdə "Bizimkilər" serialında "Manav Adem" rolunu oynayıb.
Bizim.Media