“Qarabağ” klubu heyətinə yeni hücumçu cəlb etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, Ağdam klubu Ukraynanın “Zarya” klubunun forvardı Eduardo Gerrero ilə danışıq aparır.
Ancaq əslən Panamadan olan hücumçunun “Qarabağ”a bu yay, yaxud qış fasiləsində keçəcəyi hələ dəqiq məlum deyil.
Qeyd edək ki, Gerreronun “Zarya” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. O, karyerası boyu əsasən İsrail klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media