Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Bizim.Media xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizim.Media