"Paris-2024" Olimpiadasında medal qazanan ölkələrin sayı 80-ə çatıb.
Bizim.Media xəbər verir ki, hesabında 2 qızıl olan Azərbaycan yığması dünən daha bir 1 gümüş mükafat qazanmaqla 22-ci pilləyə yüksəlib.
Qeyd edək ki, siyahıya ABŞ başçılıq edir. Amerika idmançıları 27-si qızıl olmaqla, ümumilikdə 94 medal qazanıblar.
Xatırladaq ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Bizim.Media