"Instagram" Türkiyə hökuməti ilə blokun götürülməsi barədə razılığa gələ bilməyib.
Bizim.Media xəbər verir ki, bunu nəqliyyat və infrastruktura naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, sosial şəbəkə təmsilçiləri ilə görüşün yekununda qadağanın götürülməsi barədə razılaşma əldə edilməyib.
Tərəflərin görüşünün 6 saat davam etdiyi deyilir.
Ankara daha öncə şəbəkənin yenidən ölkədə normal işinə qayıtması üçün şərtlərini açıqlayıb.
Bizim.Media