Kürdəmir sakini zəhərlənib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü kənd sakini Qaybalıyev İlham Fazil oğlu səhvən siçan zəhəri içərək zəhərlənib.
Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Həkimlər ona ilkin tibbi yardım göstəriblər.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu