Avqustun 5-də ticarət sessiyasının açılışında ABŞ fond bazarında indekslər kəskin aşağı düşüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, "S&P 500" indeksi 4,27 faiz, "Dow Jones" indeksi 2,72 faiz, "NASDAQ Composite" isə 6,35 faiz ucuzlaşıb.
Ən böyük ucuzlaşma texnologiya şirkətlərinin qiymətlərində olub. "Tesla" səhmləri 7,67 faiz, "Apple" səhmlərinin qiyməti 5,09 faiz, "Microsoft" 4,52 faiz ucuzlaşıb.
ABŞ fond bazarında azalma avqustun 2-də əmək bazarı statistikasının dərcindən sonra başlayıb.
Bizim.Media