İsrailli analitik: “Sülh danışıqları bizlik deyil, müharibəni daha yaxşı bacarırıq” – ÖZƏL

“Geridə qoyduğumuz həftə, oktyabrın 7-dən bəri olan dövrdə İsrail üçün ən yaxşı günlər idi. Çünki qalib tərəfdə olmaq daha yaxşıdır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli analitik Aviqdor Eskin deyib. HƏMAS liderinin Tehranda suiqəsdlə öldürülməsini şərh edən analitik, vəziyyətin daha da gərginləşəcəyinə diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan sensasion QƏRAR: "İsrail VURULACAQ!"


“Biz sülhü deyil, müharibəni yaxşı bacarırıq”

“Buna görə də İsrailin seçimi aydındır. Biz hər zaman hərbi əməliyyatlara hazırıq və apardığımız bütün müharibələrdə çox uğurlu olmuşuq. Bəli, İsrailin Beyrut və Tehranda nə etdiyini hamı gördü. Dünyada başqa heç bir ölkə belə bir şey edə bilməz. 

İsrail sülh danışıqları baxımından çox uğursuz olması ilə tanınır, biz sülh danışıqlarında yaxşı deyilik. Məsələn, Misir və Fələstin hakimiyyəti ilə imzaladığımız sülh müqavilələri bizi oktyabr qırğınına gətirib çıxardı. Nəzərə alırıq ki, biz sülh yaratmaqda yaxşı deyilik, biz tam qələbə qazanmağı daha yaxşı bacarırıq”, - deyə A.Eskin bildirib. 

“Onlar müharibə variantını seçsələr...”

Analitik əlavə edib ki, İsrail İranın istənilən hücumuna qarşı hazırlıqlıdır və tam qələbə qazanmadan hansısa sülhdən söhbət gedə bilməz.

“Sülh danışıqları olacaq və Birləşmiş Ştatlarda qarşıdan gələn digər seçkilərdən sonra buna davam edə bilərik. Yəqin ki, gələcək prezident Donald Trampın vasitəsilə ərəb dünyası, müsəlman dünyası ilə əlaqələri dərinləşdirəcəyik. Biz buna mütləq hazırıq. Ancaq İranın təcavüzü ilə qarşılaşmadan əvvəl sülhə hazır deyilik. 

İndi bizim üçün vəziyyət xeyli yaxşıdır. Əgər bir şey edəcəklərsə, biz də nə edəcəyimizi tam bilirik. Bunun onlar üçün yaxşı seçim olacağını düşünmürəm. Hamı görəcək ki, İsrail döyüşə qadirdir. İsrailin döyüşə qadir olduğuna şübhə varmı? Əgər kiminsə şübhəsi varsa, İsrail bir daha göstərəcək ki, biz çox yaxşı mübarizə apara bilərik”, - deyə A.Eskin əlavə edib.

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Sui-qəsdin ardınca İran Təhlükəsizlik Şurasının iclası keçirilib və rəsmi Tehran İsrailə qarşı cavab tədbirlərinin görüləcəyini elan edib.


ABŞ dövlət katibi Entoni Blinken isə İranın İsrailə hücumunun bu gün baş tutacağını qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Şəmsi Səmədzadə həbsdən azad olundu

Şəmsi Səmədzadə həbsdən azad olundu

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Putin və Paşinyan telefonla danışdı

Putin və Paşinyan telefonla danışdı

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

End of content

No more pages to load

RADİO