Əməkdar artist Yusif Mustafayev məşhur olmağın bir sıra çətinliklərindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində söhbət açıb.
"Mən həyatda təkliyi sevirəm. Xanımımla heç yerə getmirəm. Övladları ilə gedir. Amma tanınmağın çətinlikləri var. Ailəvi harasa getmək alınmır.
Məşhur olmamışdan əvvəl dükana gedərdik. Tanındıqdan sonra ailəvi dükana, bazara da getmirəm. Mən həssas insanam, ehtiyat edirəm", - deyə Əməkdar artist qeyd edib.
Bizim.Media