"Qarşıya qoyulan minimum məqsədə çatdıq" - Qurban Qurbanov

"Olimpiya çempionumuzu təbrik edirəm. Dünən baxırdıq, zövq aldıq ki, belə idmançımız var. Olimpiya oyunlarındakı bütün idmançılarımıza uğurlar arzulayıram. Hidayət Heydərova uğurlar arzulayıram, ailəsinə təşəkkür edirəm ki, belə övlad böyüdüblər. Öz komandama gəldikdə, təbrik edirəm. Qələbə öz yerində, çox səliqəli, intizamlı oyuna görə futbolçularıma təşəkkürümü bildirirəm. Oyun intizamını qoruyub-saxladıq. Bu, qarşıdakı matçlarda bizə çox vacibdir. Azarkeşlərimizə təşəkkürlər, sayları çox idi. Digər klublarımıza da uğurlar arzulayıram".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün Bakıda "Linkoln"a qalib gəldikləri oyundan (5:0) sonra mətbuat konfransında deyib.

O, stadiondan oyunu canlı izləyən Aleksey Kaşukla maraqlanadıqlarını bildirib:

"Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün gəlibsə, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib".

Q.Qurbanov növbəti mərhələdə rəqibləri ola biləcək hər iki komandanın ("Ludoqorets, "Dinamo") yaxşı təsir bağışladığını deyib: "Hansı rəqib düşsün deyə düşünməmişəm. Oyunlarına baxdım. Çünki hər ikisi hər bir halda, rəqib ola bilərdi. Onlar haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. "Ludoqorets" hiss olunur ki, yaxşı komandadır, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma "Dinamo"nun aqressiv, aktiv, cavan oyunçuları çoxdur. Çox istəklidirlər. Hər iki komandanın öz özəliyi var. Gözləyək ki, hansı rəqib olacaq".

Q.Qurbanov Misli Premyer Liqasında yeni mövsümdən gözləntiləri haqda da danışıb:

"Bəli, dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olur. Çalışırıq ki, liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunları itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də mövsümün əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. "Linkoln"la oyunlarda bəzi futbolçularda yorğunluq var idi.  Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq".

"Qarabağ"ın çalışdırıcısı ardıcıl 11-ci dəfə avrokuboklarda qrup mərhələsinə yüksəlsələr də bununla kifayətlənməli olmadıqlarını qeyd edib:

"Məsuliyyətimiz daha da çoxalır. Azarkeşlərin istəyi, tələbi daha da çoxalır. Tək mən yox, klub və futbolçular olaraq hamımız bunu dərk etməliyik ki, bunu qoruyub-saxlamaq üçün nə etməliyik? Bir cavabı var, o da çox çalışmaq. Qarşıya qoyulan minimum məqsədə çatdıq. Amma azarkeşlər bundan razıdır? Yox. Özümüz də yox. Daha da irəliyə getməyə çalışırıq. Məsuliyyət və iş saatımız daha da çoxalır". 

Q.Qurbanov AFFA Hakimlər Komitəsinə belçikalı mütəxəssis Frank de Blekerin sədr təyin olunmasına da münasibət bildirib:

"İcraiyyə Komitəsinin son iclasında iştirak etmədim. Ölkədə yox idim. Fayda verəcək, ya verməyəcək, deyə bilmərəm. Hamımız üçün yeni simadır. Çox istəyərdim ki, bizim azərbaycanlılar orada olsun. Əgər belə qərar qəbul olunubsa, hansısa nüanslara görə olunub. Yaxın vaxtlarda orada da öz hakimlərimizi yetişdirmək lazımdır. Bir az fərqli mövqelərdir. Hakimlik və HK-nin sədri...
 

Bəlkə də sədr olaraq, rəhbərliyə kadr tapmaq çətin oldu. Amma hər bir rəhbər hazırlamaq üçün vaxt lazımdır. Dərindən düşünmək lazımdır ki, o insanı həmin vəzifəyə qoysaq, idarəçiliyi apara bilər, ya olmaz. Çox istəyərdim ki, həmin sahələrdə, futbola aid sahələrdə öz kadrlarımız yetişsin, böyüsün, yaxşı idarəçilərimiz olsun. Yəqin ki, get-gedə qarşıdakı iclaslarda müzakirələr olacaq. Bir ildən, iki ildən sonra... Ümumi səsə qoyulacaq ki, hər sahədə öz kadrlarımız olsun.


Bu da Azərbaycan futbolunun inkişafı üçün yollardan biri olmalıdır. Yeni gələnə də uğurlar arzulayıram. Keçən il hakimlikdən narazılıqlar çox oldu. Bəzən narazılıq çox olanda hakimlər də oyunu sərbəst idarə edə bilmirlər. Bilməyərəkdən də, yanlışlara yol verirlər. Hakimliyimiz kökü var. Olubsa, deməli yenə yaxşı ola bilər, inanıram ki, olacaq da".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

End of content

No more pages to load

RADİO