Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, türkiyəli müğənni Doğuş, övladları və dostları ilə Gədəbəyə səfər edib.
Bizim.Media xəbər verir ki, Gədəydə olarkən aparıcı və ailəsi doluya düşüblər.
Xoşqədəm Hidayətqızı həmin anları lentə alaraq “Instagram” hesabında paylaşıb.
O, ərazidə işıqların söndüyünü, qorxduğunu dilə gətirib.
Qeyd edək ki, Gədəbəyə yağan leysan yağış rayon ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub. Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.
Həmin görüntülər təqdim edirik:
Bizim.Media