"Fənərbağça" heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya" dan Yusef En-Nesirini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu artıq tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula yola düşüb.
Qeyd edək ki, En-Nesiri 2020-ci ildən "Sevilya"da oynayırdı.
Rəşad Rafiqoğlu, Bizim.Media