Spirtli içki və siqaretlər üçün AKSİZ DƏRƏCƏLƏRİ ARTIRILDI – QƏRAR

Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.

Bundan başqa, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana gəldi – FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana gəldi – FOTO

Qanda şəkəri aşağı salan qidalar – SİYAHI

Qanda şəkəri aşağı salan qidalar – SİYAHI

Türkiyədə ətir fabrikində YANĞIN: 6 ölü – VİDEO

Türkiyədə ətir fabrikində YANĞIN: 6 ölü – VİDEO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında – FOTO

Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər – FOTO

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər – FOTO

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər – FOTO

Noyabrda bu bürcləri bol şans GÖZLƏYİR

Noyabrda bu bürcləri bol şans GÖZLƏYİR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycanda Zəfər Günü qeyd olunur - FOTOLAR

Azərbaycanda Zəfər Günü qeyd olunur - FOTOLAR

“Azərbaycan xalqının birliyi heyrətamizdir” - Kolumbiya vətəndaşı

“Azərbaycan xalqının birliyi heyrətamizdir” - Kolumbiya vətəndaşı

Parad niyə saat 1-də başlayacaq?

Parad niyə saat 1-də başlayacaq?

Azərbaycanın tamblinq millisi dünya çempionu oldu – FOTO

Azərbaycanın tamblinq millisi dünya çempionu oldu – FOTO

“Vuruşduğum torpaqlara gedəndə duyğulu hisslər keçirirəm” - Vətən Müharibəsi qazisi

“Vuruşduğum torpaqlara gedəndə duyğulu hisslər keçirirəm” - Vətən Müharibəsi qazisi

TDT Baş katibi Azərbaycanı təbrik etdi – FOTO

TDT Baş katibi Azərbaycanı təbrik etdi – FOTO

Azadlıq meydanı hərbi parada HAZIRDIR

Azadlıq meydanı hərbi parada HAZIRDIR

Şuşaya köçürülmüş sakinlərdən neçə nəfər məşğulluq tədbirlərinə cəlb edilib?

Şuşaya köçürülmüş sakinlərdən neçə nəfər məşğulluq tədbirlərinə cəlb edilib?

Türkiyə MN: “Döyüş təyyarələrimiz Bakı səmasında qardaşlığımızı dünyaya bəyan edəcək” – VİDEO

Türkiyə MN: “Döyüş təyyarələrimiz Bakı səmasında qardaşlığımızı dünyaya bəyan edəcək” – VİDEO

Zəfər Günü: Bakıda şəhidlərin əziz xatirəsi anılır - FOTO/VİDEO

Zəfər Günü: Bakıda şəhidlərin əziz xatirəsi anılır - FOTO/VİDEO

Bakıda dönərxana YANDI - ANBAAN VİDEO

Bakıda dönərxana YANDI - ANBAAN VİDEO

Pakistanın qırıcıları Bakıdakı hərbi paradda iştirak EDƏCƏK

Pakistanın qırıcıları Bakıdakı hərbi paradda iştirak EDƏCƏK

“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi

“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi

Ərdoğan Azərbaycana yola düşdü

Ərdoğan Azərbaycana yola düşdü

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - FOTO

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - FOTO

End of content

No more pages to load

RADİO