Ötən gün Yunanıstanın 68 yerində meşə yanğını baş verdi.
Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan İqlim Böhranı və Mülki Müdafiə Naziri Vasilis Kikilias sosial şəbəkə hesabında paylaşıb.
Nazir uzunmüddətli istilərin yanğınsöndürənlərin işini çətinləşdirdiyini bildirib. O, əhalini yanğına səbəb ola biləcək davranışlardan uzaq olmağa səsləyib.
Bizim.Media