Müğənni Natavan Həbibi estetik əməliyyatlardan söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb.
Həbibi bildirib ki, görünüşündə heç bir estetik müdaxiləyə hələki yol verməyib:
“Hələ heç bir estetik əməliyyat etdirməmişəm. Görürəm, estetik etdirənlər bir-birinə oxşayır. Ona görə bu haqda düşünürəm. Ətrafımda 1-2 nəfərdən başqa hamı deyir ki, hələ etdirmə. Gözləyirəm, bir az yaş keçsin”, - deyə Natavan qeyd edib.
Rəşad Əliyev, Bizim.Media