Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə mərkəzi bazarın yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, rayon sakini Səxavət Əzizov yolu keçən zaman avtomobil onu vurub. Qəza nəticəsində piyada ağır bədən xəsarətləri alıb.
O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media