Lənkəranda 48 yaşlı velosipedçi xəsarət alıb.
Bizim.Media-nın məlumatına görə, günorta saatlarında Lənkəran rayonunun Səpnəkəran kənd sakini 1976 - cı il təvəllüdlü İlham Əliş oğlu Əjdərov kənddə velosipedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb.
İ.Əjdərov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Ona ilkin tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir.
Sabutay, Bizim.Media, cənub bürosu