Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən bildirilib.
"Sabunçu rayonu, Pirşağa qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 19.07.2024-cü il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Pirşağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", – məlumatda qeyd olunub.
Bizim.Media