Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” toplanış çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Kurban Berdıyevin komandası son mövsümü Türkiyə Super Liqasında keçirən “Pendikspor”la qarşılaşıb.
Oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0. “Turan Tovuz” iyulun 22-də Super Liqa təmsilçisi “Adana Dəmirspor”la, iyulun 25-də isə Türkiyə birinci liqa təmsilçisi “Kocaelispor”la üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media